
Dağlıq Qarabağ rəhbərliyi Azərbaycandan Hadrut bölgəsindəki Hin Tağer və Xtsaberd kəndləri yaxınlığında itkin düşən 73 erməni hərbçinin taleyi barədə məlumat tələb etdi.
Bu barədə RİA Novostiyə Artsax Ombudsmanı Artak Beglaryan bildirib.
Onun sözlərinə görə, bu insanların Azərbaycan əsirliyində olduqlarına dair birmənalı dəlil yoxdur.
“Azərbaycan tərəfi qeyri-rəsmi olaraq iki video yayımladı, bunlara əsasən həmin hərbiçilərin əsir götürüldüyünü ehtimal etmək olar. Lakin bu məlumat tam təsdiqlənməyib.
İndi itkin düşənlərin taleyinin nə olduğunu öyrənmək üçün həm öz mənbələrimizdən, həm də Azərbaycandan daha dəqiq məlumatlar əldə etməyə çalışırıq”,-deyə Beglaryan bildirdi.
O qeyd edib ki, itkin düşmüş 73 hərbçi iki fərqli hərbi hissədəndir, ancaq bu məlumatların yoxlanılması da lazımdır.