BaşlıcaSiyasət

Aİ DQ münaqişəsinin daimi həllində rol oynamağa hazırdır

2020-ci ilin dekabrın 17-də Brüsseldə Aİ ilə Ermənistan arasında Tərəfdaşlıq Şurasının üçüncü iclası keçirilib.

Tərəfdaşlıq Şurası, siyasi, iqtisadi, ticarət və digər sahələrdə geniş əməkdaşlıq dairəsini əhatə edən Aİ-Ermənistan Hərtərəfli və Geniş Tərəfdaşlıq haqda Sazişin həyata keçirilməsini yüksək qiymətləndirib. Aİ-Ermənistan münasibətlərinin digər vacib tematik sahələri də müzakirə olunub. Aİ, birgə gündəliyə tam sadiqliyini davam etdirdiyini, eləcə də islahat problemlərinin aradan qaldırılmasında Ermənistana kömək etməyə hazır olduğunu təsdiqləyib.

Aİ və Ermənistan 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasından sonra Dağlıq Qarabaq və ətrafındakı vəziyyəti, yenidən qurma və barışığın dəstəklənməsində Aİ-nin rolu və digər regional məsələlər müzakirə ediblər.

“Aİ, Minsk qrupu həmsədrlərinin səylərinə əlavə olaraq, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllində rol oynamağa hazırdır. Sülh qurma və yenidən qurma vasitələrimizlə dəstəyimizi göstərməyə hazırıq”- deyə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varhe vurğulayıb.

“Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclası Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş tutdu. Görüşlər, Aİ-nin bölgə ölkələri ilə tərəfdaşlığının, vacibliyini və Aİ-nin bölgənin bərpasında və davamlı sülhün bərqərar edilməsində köməyini bir daha təsdiqləyir”-deyə açıqlamada qeyd olunur.

Daha çox göstər
Back to top button