ArtsaxBaşlıca

Artsax hökumətinin strukturu dəyişəcək: 11 nazirlik fəaliyyət göstərəcək

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan hökumətin strukturunun dəyişdirməsi barədə sərəncam imzalayıb. Bu barədə Artsax Respublikasının Prezident Aparatının  İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilir.

Sərəncama əsasən, Artsax Respublikasının hökumətinin strukturu müəyyənləşdirilib: Dövlət naziri, Əmlak, sosial və miqrasiya məsələlər üzrə nazirliyi, Səhiyyə nazirliyi, Ədliyyə nazirliyi, Xarici işlər nazirliyi, İqtisadiyyat və kənd təsərrüfatı nazirliyi, Təhsil, elm, mədəniyyət və idman nazirliyi, Müdafiə nazirliyi, Ərazi idarəetmə və infrastruktur nazirliyi, Şəhərsalma nazirliyi, Maliyyə nazirliyi.

Bundan sonra Artsax Respublikasının dövlət nazirinin öhdəliklərini maliyyə naziri yerinə yetirəcək.

Artsax Respublikasının digər dövlət idarəetmə orqanlarının strukturu belə müəyyən edilmişdir: milli təhlükəsizlik xidməti, dövlət fövqəladə hallar xidməti, Kadastr və dövlət əmlakının idarə komitəsi, polis, dövlət gəlirləri komitəsi.

Artsax Respublikası Hökumətinə sərəncamdan irəli gələn müvafiq qərarların qəbul edilməsi tapşırılıb.

Daha çox göstər
Back to top button