
Azərbaycan tərəfinin “erməni qüvvələrinin geri çəkilməsinə dair” iddiaları 9 noyabr atəşkəslə bağlı üçtərəfli bəyanatı təhrif etmək məqsədi daşıyır və bu ölkənin silahlı qüvvələri tərəfindən Rusiyanın vasitəçilik səylərini və sülhməramlı missiyasını pozmağa yönəlmiş son təxribat hərəkətlərinin davamıdır.
Bunu Artsax Xarici İşlər Nazirliyi, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Rusiyanın “Kommersant” qəzetinə “Erməni qüvvələri Qarabağdan çıxarılmalı” şərhini şərh edərkən bildirdi.
“Eyni zamanda, qeyd edək ki, Artsax Respublikasının Müdafiə Ordusu Artsax dövlətçiliyinin və xalqının əsas qarantı olub və olacaqdır. 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan etdikdən sonra Artsax Müdafiə Ordusu, Rusiya sülhməramlı qüvvələri ilə birlikdə münaqişə bölgəsində sabitlik və süqlhü təmin etmək missiyasını davam etdirir”,-məlumatda deyilir.