
Qarabağ ətrafında vəziyyət beynəlxalq hüquq müddəaları ilə mürəkkəbdir. Bunu mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin TASS-ın sualına cavab olaraq açıqladı.
Onun sözlərinə görə, bu ərazilər beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir, bundan başqa Ermənistan özü Qarabağın müstəqilliyini tanımayıb.
“Ancaq vəziyyət adi normativ müddəalardan daha mürəkkəbdir. Bunun kökləri Sumqayıtda başlayaraq Dağlıq Qarabağa çatan etnik münaqişədədir. Burada hər tərəfin öz həqiqəti var. Dağlıq Qarabağ erməniləri bir vaxtlar həyatlarını və ləyaqətlərini qorumaq üçün əllərinə silah alırdı”,-deyə o qeyd etdi.