BaşlıcaMədəniyyət

Müqəddəs Tadeos kilsəsinə ziyarət UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olunub

Surb Tadeos kilsəsinsə ziyarət UNESCO-nun qeyri-maddi irs suyahısına daxil olunub. Bu barədə məlumatı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi yayıb. 

Dekabrın 17-də UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclasında Ermənistan və İranın ortaq şəkildə təqdim etdiyi “Surb Tadeos kilsəsinə ziyarəti” barədə müraciətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Təmsilçi Siyahısına daxil edilməsi barədə qərar qəbul edildi.

Erməni nümayəndə heyətinin rəhbəri, Ermənistan Respublikasının UNESCO-dakı daimi nümayəndəsi, səfir Kristian Ter-Stepanyan “Müqəddəs Tadeos Manastırı ziyarəti”nin  Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsinin siyahısına daxil edilməsi qərarına görə Komitəyə təşəkkür etdi.

O qeyd etdi ki, ziyarətin siyahıya daxil olunması İranla sıx əməkdaşlıq sayəsində mümkün olub. 

Səfir vurğuladı ki, təşəbbüs Ermənistan ilə İran arasında qurulan möhkəm dostluq münasibətlərinin sübutudur. 

Müqədəs Tadeos monastırına ziyarət İranda əsrlər boyu davam edən erməni mədəni varlığının, davamlılığının, mədəni və dini orijinallığının qorunmasının misilsiz bir təzahürüdür.

Maraqlıdır ki, 2008-ci ildə Müqədəs Tadeos kilsəsi Müqədəs Stepanos kilsəsi və Tsortsorun erməni kilsələri ilə birgə İranın müraciəti əsasında UNESKO -nun Dünya İrsi Siyahısında qeydə alınıb

Daha çox göstər
Back to top button