
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağda rus sülhməramlıların sayının artılmasından danışıb.
O qeyd etdi ki, bu, Ermənistan və Azərbaycanın razılığı ilə ola bilər.
“Qarabağdakı Rusiya kontingentinin sayının artırılması mümkündür, lakin bu yalnız münaqişə tərəflərinin razılığı ilə baş verə bilər”,- deyə Vladimir Putin qeyd etdi.
Putin vurğuladı ki, əgər tərəflər sülhməramlıların sayının artırılmasının lazım olduğunu elan edərsə, Rusiya bunu edəcək.