
Artsax Respublikasının Prezidentinin mətbuat katibi Vahram Poğosyan “Facebook” səhifəsində azərbaycanlıların Stepanakertdə yerləşdirilməsinə dair xəbəri təkzib etdi.
“Bu tamamilə axmaqlıqdır. Azərbaycan təbliğat maşını bu günlərdə cəmiyyətimizdəki gərginliyi artırmaq üçün bilərəkdən bunları yayır”,- deyə Vahram Poğosyan yazdı.
Poğosyan Erməni KİV-lərinə “Vestnik Kavkaza” saytından hər hansı bir material yaymaqdan çəkinməyə çağırıb. “Vestnik Kavkaza” saytı Azərbaycan təbliğat tezislərini rusdilli auditoriyada yayır .