
Artsax və Azərbaycan ombudsmanları Azərbaycan tərəfindən jurnalistlərin hədəfə alınması ilə bağlı fövqəladə hesabat yayımlayıblar. Bu barədə Artsax və Ermənistan ombudsmanları bildiriblər.
“Artsax və Ermənistan Respublikalarının İnsan hüquqları müdafiəçiləri, Artsaxdakı hərbi əməliyyatları işıqlandıran jurnalistlərə Azərbaycan hücumları barədə birgə xüsusi hesabat yayımlayıblar.
Azərbaycan tərəfindən Artsaxın mülki əhalisini və infrastrukturunu hədəf alması ilə paralel olaraq jurnalistlər və onların nəqliyyat vasitələri də qəsdən hədəf alınıb, nəticədə 7 jurnalist (5 əcnəbi və 2 erməni) ağır yaralanıb və jurnalist qrupunu müşayiət edən bir nəfər ölüb. Qəsdən hədəf alınmasını sübut edən fakt odur ki, jurnalistlərin xüsusi forma və döş nişanları olub, bu nişanlar onların maşınlarında da olub. Bundan əlavə, zərbələrdən əvvəl və zərbələr zamanı Azərbaycanın kəşfiyyat PUA-larının hadisə yerinə uçduğuna dair bəzi dəlillər mövcuddur ki, bu, jurnalistlərin Azərbaycan silahlı qüvvələri üçün tamamilə görünən və fərqli olduqları deməkdir.
Eyni zamanda, Artsaxdakı jurnalistlərin müharibəni işıqlandırmaq üçün peşəkar işinə mane olmaq üçün, Azərbaycan Artsaxda çalışan bəzi xarici jurnalistləri mühakimə edərək qara siyahıya daxil edib. Üstəlik, müharibə zamanı Azərbaycan hakimiyyəti beynəlxalq jurnalistlərin Azərbaycandakı müstəqil fəaliyyətlərini məhdudlaşdırıb, hərəkətlərinə nəzarət edib və onlar üçün süni maneələr yaradıb”- deyə bəyanatda deyilir.
Qeyd olunur ki, sentyabrın 27-dən noyabrın 10-dək Artsax XİN tərəfindən 190 xarici KİV-dən 390 jurnalist akkreditə olunub, eləcə də yüzlərlə erməni jurnalist Artsaxa gedib.
Hesabatın təfərüatları ilə tanış olmaq üçün aşağıdakı linkə basa bilərsiniz: https://www.artsakhombuds.am/en/document/783 .