
“Mənim addım” fraksiyasının deputatı Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb ki, deputat Sofya Hovsepyanla Xtsaberddə əsir götürülmüş əsgərlərin valideynləri və Rusiya sülhməramlı qoşunlarının komandiri Rüstəm Muradovla görüşü sona çatdı.
“Görüşdə general təsdiq edib ki, rəsmi Bakı erməni tərəfindən 62 vətəndaşın əsir düşdüyünü qəbul edir. Bu fakt vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığı üçün güclü bir zəmanətdir
Əsirlərin siyahısı Artsax Prezidentimiz və bizim tərəfimizdən Azərbaycan tərəfinə təhvil vermək üçün sülhməramlılara verildi.
Görüşümüzdə əsirlərin Bakıda olması da təsdikləndi. Gələcək mərhələdə isə, vətəndaşlarımızın təhlükəsiz şəkildə qaytarılması müddəti və şərtləri müzakirə olunacaq”,-deyə deputat yazdı.