Başlıcaİctimaiyyət

Ermənistanda daha 240 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 240 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 154 065 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 656-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 654-ə yüksəlib. İndiyədək 133 176 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 579 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button