ArtsaxBaşlıca

İtkin düşmüş 6 hərbçi sağ tapıldı: Artsax Prezidentindən şad xəbər

Azərbaycan nəzarətində olan ərazilərdə aparılan axtarış işləri nəticəsində 6 hərbi qulluqçu sağ tapıldı. Şad xəbəri Facebookda Artsax Prezidenti Arayik Harutyunyan verdi.

Quluqçular 70 gündən çoxdur ki itkin sayılırdı və onlardan həç bir xəbər yox idi. Onlar Artsax FHX, rus sülhməramlıları və Qızıl Xaç komitəsinin səyləri ilə tapıldı.

Harutyunyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə itkin düşənlərin axtarışı və həlak olanların cəsədlərinin qaytarılması istiqamətində birbaşa səylərinə görə minnətdarlığını bildiridi.

Prezident həmçinin aşkar olunmuş hərbçilərin adlarını təqdim edib. Onlar Ayvazyan Arsen, Sahakyan Davit, Stepanyan Nikolay, Harutyunyan Artur, Armağanyan Arman və Tumanyan Ruslandır.

Daha çox göstər
Back to top button