
Syunik vilayətində Azərbaycanla sərhədin bəzi hissələrində rus sərhədçiləri olacaq. Bu barədə ER Müdafiə Nazirliyi Vagharşak Harutyunyanın gizli şəkildə imzaladığı sənədlərə dair məlumatlara toxunaraq bildirdi
“Müdafiə naziri heç bir sənədi imzalaya bilməzdi və imzalamadı. Üstəlik, müdafiə naziri rəsmi olaraq Ermənistan Respublikasının sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı heç bir sənədi imzalaya bilmir. Ermənistan Respublikasının Müdafiə naziri rusiyalı həmkarları ilə təhlükəsizlik məqsədi ilə rus sərhədçilərinin Sunik sərhədinin bəzi hissələrində yerləşdiriləcəyi barədə razılığa gəldi”,- deyə ER Müdafiə Nazirliyindən bildirilib.