BaşlıcaSiyasətTəhlil

Bakı və Ankara müsəlman dünyasını Ermənistana qarşı çevirərək ölkəni məhv etməyi hədəfləyirlər

“İnterfaks”ın məlumatına görə, 17 dekabrda Əliyev yeni təyin olunmuş Əfqanıstan səfirinin etimadnaməsini qəbul edərkən bildirib ki, “Artsaxın azad edilmiş ərazilərində” Azərbaycanın tarixi və mədəni abidələri tamamilə məhv olunub. O,  bütün müsəlman ölkələrini  Ermənistanla münasibətlərdən çəkinməyə çağırıb, çünki Ermənistan islamafob siyasət aparır.

“Arajin lratvakan” bu mövzu ilə bağlı fövqəladə və səlahiyyətli səfir Arman Navasardyanla söhbət edib.

Navasardyana görə, Türkiyə və Azərbaycan ortaq siyasət yürüdürlər. Bu, müsəlman dünyasının bütün forumlarında və islam ölkələrinin konfranslarında Ermənistana qarşı planlaşdırdıqları siyasətdir.

“O öz nəticəsini verir. Hər halda, illərdir bu istiqamətdə yaxşı əməkdaşlıq aparıblar. Bu istiqamətləri nəzərdə tuturam – Əfqanıstan, əsasən Pakistan. İllərdir anti-erməni, anti-Artsax siyasəti yürütməyə çalışırlar. Ən çox Orta Asiyada müvəffəq olurlar, çünki ərəb dünyada, məsələn Səudiyyə Ərəbistada və Birləşmiş Ərəb Əmirliklərində Ermənistana qarşı siyasi açıqlamalarını birmənalı qəbul edilmir. Onlar Ermənistana müsbət münasibət göstərən ölkələrdir”- deyə o vurğulayıb.

Arman Navasardyanın sözlərinə görə, müharibə zamanı erməni abidələrinə və erməni millətinə qarşı istifadə edilən vandalizmin layiqli cavab almadığını gördük.

“İndi turan ordusu yaratmaq məsələsini ələ aldılar, bu çox ciddi məsələdir. Bizə qarşı dəqiq planlandırılmış siyasət həyata keçirilir. Bu, Türkiyənin pantürk siyasətinin bir hissəsidir və məqsədi Ermənistanı məhv etməkdir”- deyə Navasardyan qeyd edib.

Daha çox göstər
Back to top button