
ER Baş naziri Nikol Paşinyan öz facebook səhifəsində səsəndlər paylaşaraq yazıb:
“Bunlar ER inzibati bölgüsü barədə qanunun əlavələrində Syunikin Şurnux və Vorotan kəndləri sərhədlərin təsviridir.
Əlavələr qanunun ayrılmaz hissəsidir. Bu qanun 2010-cu ildə qəbul edilmişdir.
Bunlara görə, Şurnux və Vorotandan şərq düşən sərhəd Ermənistanla Azərbaycanın dövlət sərhədidir. Qanunun qəbulu zamanı həmin ərazilər DQR-in nəzarəti altında idi.
Bu gün sərhədçilərimiz təsvir olunan sərhədlər boyunca yerləşdiriliblər.
2010-cu ildə “Respublika” Partiyası, “Çiçəklənən Ermənistan” Partiyası və “Daşnaksütyun” Partiyası bu qanun layihəsinin lehinə səs verdi.
Bu gün “Respublika” Partiyası, “Çiçəklənən Ermənistan” Partiyası və “Daşnaksütyun” Partiyası bizi özləri tərəfindən qəbul edilmiş qanunla işarələnmiş sərhədi sərhəd kimi qəbul etməkdə günahlandırırlar”.

