
Dağlıq Qarabağda baş verən 44 günlük müharibə Almaniya parlamentini PUA üçün raket almaq fikrini dəyişdirməyə məcbur etdi. Bu barədə Almaniyanın məşhur Deutsche Welle qəzeti yazır.
Qəzet qeyd edir ki, Almaniya yaxın aylarda İsrail istəhsalı olan 5 yeni Heron TP PUA-lar əldə edəcəkdir. Bu PUA-lar 30 saat havada qala bilir və hətta pis hava şəraitində obyektlərin dəqiq kordinatlarını alabilirlər.
Almaniya Müdafiə Nazirliyi PUA-ları müvafiq raketlərlə silahlandırmaq niyyətindədir, amma Bundestaq bu qərara qarşı çıxıb.
Almaniya parlamenti qeyd edir ki, Dağlıq Qarabağ müharibəsi göstərib ki, PUA-lar yalnız müdafiə üçün deyil, müharibəni aparan məhz PUA-lar idi. Bu isə Almaniyanı raket almaq fikrini dəyişdirməyə məcbur etdi.