BaşlıcaSiyasət

Mehriban Əliyevanın yardım təşəbbüsü sosial şəbəkələrdə tənqid olunur

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi əsgərlərə yardım paylayıb. Aksiya sosial şəbəkələrdə hərbçilərin aclıq çəkdiyi xəbərinin dolaşmasından sonra baş tutub. Bu barədə Meydan.tv saytı məlumat verib.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə dekabrın 18-dən başlayaraq Qarabağda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb.

Sayt qeyd edir ki, hər il dövlət büdcəsinin əsas hissəsi hərbiyə ayrılsa da, əsgərlərin ərzaqla təminatındakı problem daim müzakirə mövzusudur. Sosial şəbəkələrdəki reaksiyalar Mehriban Əliyevanın təşəbbüsünün heç də hamı tərəfindən mehriban qarşılanmadığını göstərir. Döyüşlər gedən zaman adı fəxarətlə çəkilən əsgərlərə ölkə rəhbərliyinin göstərişindən sonra qayğı göstərmələri, eləcə də bunu reklam etmələri qınağa səbəb olub. İctimai fəallar hesab edirlər ki, yardım paylanılan əsgərlərin görüntülərinin yayımlanması ləyaqətli davranış deyil.

Daha çox göstər
Back to top button