
Rəsmi Ankara Osmanlı İmperiyasının keçmiş torpaqlarında nüfuzunu genişləndirir və Krımı öz keçmiş ərazisini hesab edir. Bunu Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin keçmiş rəhbəri Leonid İvaşov “Roy TV” onlayn kanalı ilə söhbət zamanı qeyd edib.
“Türkiyə Zelenski hökuməti ilə Novorossiya və Krım məsələsində rəsmi səviyyədə danışıqlar aparır. Üstəlik, Türkiyə Krım haqqında neytral danışır, Rusiyanın ərazisi kimi tanımır və eyni zamanda Ukraynaya qaytaracağını vəd etmir. Başqa sözlə, oyununu oynayır”- deyə o qeyd edib.
İvaşova görə, Türkiyənin rəsmi sənədlərində Krımın Osmanlı İmperiyasının keçmiş ərazisi olduğu bildirilir.
“Deməli, bu oyun yalnız Qarabağla bitməyəcək. Orta Asiya istiqamətində hərəkət edir və orada üçüncü dərəcəli məmurlar tərəfindən fəaliyyət göstərilir”- deyə o qeyd edib.
İvaşov vurğulayıb ki, Türkiyə Ukrayna ilə Krım və Donbas məsələsində dövlət səviyyəsində işləyir.