
Ermənistan Respublikasının Xarici İşlər Naziri Ara Ayvazyan Polşanın Xarici İşlər Naziri Zbignyev Rau və İsveç Xarici İşlər Naziri Anne Lind ilə telefon danışığı keçirib.
Ayvazyan, İsveçli həmkarını 2021-ci ildə ATƏT-ə sədrlik etməsi münasibətilə təbrik etdi.
“Regional təhlükəsizlik və sabitlik məsələləri kontekstində Ayvazyan Artsax xalqına qarşı ciddi insan haqları pozuntuları, kütləvi cinayətlər və hərbi cinayətlərlə müşayiət olunan Türkiyə-Azərbaycan təcavüzünə toxundu.
Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin qurulması, sülhməramlıların yerləşdirilməsinə dair 9 noyabr tarixli birgə bəyanat və onun həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi apardılar”,- deyə XİN bəyanatında qeyd olunur.
Hər iki tərəf ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ sülh prosesinin müzakirə edilməsinə əhəmiyyət verib.
Zbignyev Rau ilə görüş ərzində ER-AB tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsinə də toxundular.
Ayvazyan həmkarına Azərbaycanın Artsax xalqına qarşı təcavüzündə Türkiyənin birbaşa iştirakını və nəticələrin aradan qaldırılması üçün atılan addımları hərtərəfli təqdim etdi.