
Dağlıq Qarabağda vəziyyətə nəzarət mərkəzinin tikintisinə dair razılaşma reallaşır və Türkiyə oraya 60 hərbçi göndərib. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar çərşənbə axşamı NTV telekanalına bildirib.
“Hazırda bizim personaldan 60 nəfər Azərbaycandadır. Mərkəzin tikintisi ilə bağlı bütün razılaşmalar əldə olunub və tikintiyə dair bəzi məsələlərin həlli qalır. Bizim adamlar ruslarla bir yerdə işləyəcəklər. Onların orada qalma müddətini Rusiya tərəfi ilə danışacağıq”, – o bildirib.
O qeyd edib ki, Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.
“Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”, – deyə türkiyəli nazir vurğulayıb.