ArtsaxBaşlıcaİctimaiyyət

60 mülki şəxs öldürüldü: Artak Beglaryan

Artsaxda müharibə başladıqdan sonra 60 mülki ölüb. Onlardan 39-u birbaşa döyüş əməliyyatlarında hədəflənərək öldürüldü. Bu barədə mətbuat konfransında Artsax Ombudsmanı Artak Beglaryan bildirib.

“39 nəfər mülki obyektlərin hədəflənməsi və rakət atəşi nəticəsində həlak olub. 21 nəfər isə girov götürülüb və ya Azərbaycan tərəfinin nəzarətində olan ərazilərdə qalıb və öldürülüb. Öldürülmüş şəxslərin cəsədləri tapılıb və erməni tərəfinə qaytarılıbdır”,-Beglaryan qeyd etdi.

Onun sözlərinə görə, bir neçə halda yayılan videolar və şahidlərin dedikləri əsasında yekunlaşdırılıb ki, mülki şəxslər öldürülüb, digər əksər hallarda öldürülənlərin cəsədləri artıq tapılmışdır.

Beglaryan əlavə etdi ki, öldürülmüş bütün mülki şəxslər barədə məlumatlar yayılacaqdır. O həmçinin bildirib ki, itkin düşən 40 nəfərin bir hissəsi də öldürülmüşdür.

Artak Beglaryanın sözlərinə əsasən, Azərbaycan tərəfində erməni əsirlərin sayı çoxdur, amma konkret rəqəm deyə bilmir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button