Aİ Ermənistana koronavirusla mübarizə üçün 24 milyon avro ayıracaq

Avropa İttifaqı, koronavirusun yayılması ilə mübarizə aparmaq üçün Ermənistana 24 milyon avro ayıracaq.
Aİ-nin Ermənistandakı Ofisi tərəfindən yayımlanan melumatda bildirilir ki, bu qərar Aİ ilə Ermənistan Respublikası hökuməti arasında imzalanmış “Covid-19 pandemiyaya qarşı mübarizə üzrə müqavilə” çərçivəsində nəzərdə tutulmuş “Orta müddətli sosial-iqtisadi bərpa planı” nın hazırlanması, habelə makroiqtisadi sabitlik, dövlət maliyyə idarəetməsi və dövlət büdcəsi şəffaflığı islahatlarının gedişatının müsbət qiymətləndirilməsi nəticəsində verilib.
Bundan əlavə, bu qərar üçün makroiqtisadi sabitlik islahatları, dövlət maliyyə idarəetməsi və dövlət büdcəsinin şəffaflığının gedişatının müsbət qiymətləndirilməsi nəzərə alınmışdır.
Bu yeni ayırma, Covid-19 böhranı ilə mübarizədə Ermənistana kömək etmək və ölkənin iqtisadi və maliyyə dayanıqlığını gücləndirmək məqsədi ilə Aİ-nin Covid-19 epidemiyasına qarşı mübarizədə verdiyi 92 milyon avroluq yardımın bir hissəsidir.