ArtsaxBaşlıcaSiyasət

ER Parlamentinin sədr müavini Qızıl Xaç komitəsinin sədri ilə görüşüb

ER Parlamentinin sədr müavini Vahe Enfiajyan Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakə nümayəndə heyətinin yeni təyin olunmuş sədri Tier Ribo ilə görüşüb. Bu barədə ER Hökumətindən bildirilib.

ER Parlamentinin sədr müavini bu çətin günlərdə Qızıl Xaç Komitəsinin Ermənistandakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, sentyabrın 27-də Artsaxa qarşı Türkiyə-Azərbaycan təcavüzü nəticəsində həlak olmuş hərbi qulluqçuların cəsədlərin çıxarılması, itkin düşmüş və yaralıların axtarışı üçün, eləcə də hərbi əsirlərin mübadiləsində iştirakına, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş şəxslərə göstərdiyi dəstəyə görə Qızıl Xaç Komitəsinə öz təşəkkürünü bildirdi.

Tietri Ribo bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfsiz bir təşkilat olaraq itkin düşmüş şəxslərin axtarışında,həlak olanların cəsədlərinin axtarışında iştirak etdi, erməni əsirləri ilə görüşdü və saxlanma şəraiti ilə tanış oldu.

Daha çox göstər
Back to top button