
Dekabrın 23-də ER Fövqəladə Hallar naziri Andranik Piloyan Yerevana rəsmi səfərə gələn Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeni Ziniçyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
ER FHN-dən verilən məlumata əsasən, görüşdə Artsaxda həyata keçirilən humanitar proqramlar ilə əlaqədar iki ölkənin tərəfdaş qurumları arasındakı əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi. Rusiya artıq Artsaxa 290 ton humanitar yük göndərdi, yaxın gələcəkdə 90 ton yük daha gələcəkdir. Yevgeni Ziniçyev qeyd etdi ki, çətin şərtlərdə olan insanlara dəstək olmaq üçün böyük işlər görüləcəkdir.
ER Fövqəladə Hallar naziri Andranik Piloyan, görülən işlərin miqyasını və əhəmiyyətini bir daha vurğulayaraq Rusiya tərəfinə təşəkkür etdi.