
Gürcüstanın Baş naziri Giorgi Qaxariya qeyd etdi ki, Gürcüstanın təhlükəsizliyi və bölgədə maraqlarını möhkəmləndirmək üçün mümkün olan hər bir addımı atmaq lazımdır.
“Regiondakı vəziyyət haqqında danışarkən və qiymətləndirərkən çox diqqətli olmaq lazımdır. Təəssüf ki, baş verənlərin yekun nəticələri heç kimə aydın deyil. Bu dəyişikliklərin konturlarını görməyimiz və Gürcüstanın bu dəyişikliklərlə əlaqəli mövqe tutması üçün vaxt lazımdır”,- deyə Gürcüstanın baş naziri Giorgi Qaxariya qeyd etdi.
O bildirdi ki, Gürcüstan neytral mövqe tutdu və bu da mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasına imkan verdi.