
Ermənistanın sərhədlərində gedən proses demarkasiya və ya delimitasiya deyil, sərhəd nöqtələrinin yerləşməsidir. ER Baş naziri Nikol Paşinyan bugünkü hökumət iclasında bəyan edib.
“ER və Syunikdə beynəlxalqcasına tanınmış ərazisindən bir millimetrlik güzəştdən söhbət gedə bilməz. Digər tərəfdən, bu o demək deyil ki, bu proseslər demarkasiya və ya delimitasiya kimi qəbul edilməlidir. Bunlar tamamilə fərqli məsəslələrdir. Bu anda təhlükəsizliyi təmin etmək məqsədilə müəyyən sərhəd məntəqələri diqiqləşdirilir”- deyə Paşinyan qeyd edib.
“Qurduğumuz, yaratdığımız təhlükəsizlik sisteminin tam işini qeyd etmək üçün bu mərhələni mümkün qədər sakit keçə bilməliyik. Bunu praktikada gerçəkləşdirmək qalır”- deyə o qeyd edib.
Paşinyan, səhər saatlarında ER sərhəd qoşunlarının komandanı ilə müzakirə apardığını, bu prosesi mümkün qədər rəvan getməsi üçün necə idarə edəcəyinə dair təlimat verdiyini söyləyib.