ArtsaxBaşlıcaSiyasət

Nikol Paşinyan Rusiyanın Fövqəladə hallar nazirini qəbul etdi

ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçyevi qəbul edib.

ER Hökumətinin mətbuat xidməti bildirib ki, Baş nazir Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağlıq Qarabağda normal həyatın bərpası, vətəndaşlara göstərilən humanitar yardım istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdi və erməni tərəfi ilə səmərəli əməkdaşlığa görə təşəkkür etdi.

“Rusiya ilə təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələr daxil olmaqla bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstəririk”,- deyə Nikol Paşinyan bildirdi. 

Yevgeni Ziniçyev, Rusiya Fövqəladə Hallar Nazirliyinin Artsaxda həyata keçirdiyi humanitar fəaliyyətlər barədə ətraflı məlumat verib. O qeyd etdi ki, humanitar yardımların daşınması və digər işlər erməni tərəfdaşları ilə sıx əməkdaşlıqla həyata keçirilir. 

Daha çox göstər
Back to top button