BaşlıcaSiyasət

Ermənistan Rusiyanın Qafqazdakı İsrailinə çevrilməlidir: Zatulin

Ermənistan Rusiyanın Qafqazdakı İsrailinə çevrilməlidir, bu barədə Ermənistanın keçmiş baş naziri Vazgen Sarkisyan da deyirdi. Bunu MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Rusiya Erməniləri Birliyinin təşkil etdiyi müzakirə zamanı söyləyib.

“Biz öz tərəfimizdən bu rolu yerinə yetiririk? Yox”- deyə o əlavə edib.

Onun sözlərinə görə, hər halda, dəfələrlə Rusiyaya qarşı vuruşan Türkiyənin artan iştahı nəzərə alınmalıdır.

“Bunun bizim müharibəmiz olmadığı və problemimiz olmadığı fikri Rusiyada getdikcə daha təhlükəli hala gəlib. Ermənilərin məğlubiyyətinə sevinən insanlar var, məsələn, Maksim Şevçenko. Xalq düşmənlərini axtarmağa çağırmıram, amma bizi yoldan çıxaran insanları tanımalıyıq. Əvvəlcə Rusiyanın bu proseslərdə iştirak etməsinin lazım oldmadığını söylədilər və indi Rusiya sülhməramlılarının Qarabağda olmasını alqışlayırlar”- deyə rus deputat qeyd edib.

Daha çox göstər
Back to top button