Başlıcaİctimaiyyət

Ermənistanda daha 621 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 19 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 733 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 763, xəstəlikdən sağalanların sayı isə 137 815 nəfərə yüksəlib.

Daha çox göstər
Back to top button