Başlıcaİctimaiyyət

Ermənistanda yanvar ayında “Covid 19” peyvəndi olacaq

Ermənistanda yanvar ayında “Covid 19” peyvəndi olacaq. “Radiolur”un verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktor müavini Gayane Sahakyan söyləyib. Onun sözlərinə görə, həm Rusiya, həm də Pizer və Moderna şirkətlərinin peyvəndinin alınması üçün danışıqlar aparılır.

Sahakyan qeyd edib ki, hələ sentyabr ayında Səhiyyə Nazirliyi, aşağı və orta gəlirli ölkələrin peyvənd əldə etməsini təmin edən Kovaks Fasiliti təşəbbüsü ilə əhalinin 10% -i üçün peyvənd almaq məqsədilə müqavilə imzalayıb, ancaq bu 20%-ə qədər arta bilər.

Daha çox göstər
Back to top button