Kapan bələdiyyə başçısı, Syunik bölgəsinin sərhəd kəndlərinin sakinlərinə silah gəzdirməyə icazə verməyi təklif edir

Kapan bələdiyyə başçısı, Ermənistan rəhbərliyinə Syunik bölgəsinin sərhəd kəndlərinin sakinlərinə ov tüfənglərini gəzdirməyə icazə vermələrini təklif edir. Kapan icmasının rəhbəri Gevorg Parsyan bunu parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının təşkil etdiyi iş müzakirəsi zamanı bildirib.
Deputatlara müraciət edərək, müvafiq qanunverici təşəbbüslə çıxış etməyi, Syunik kişilərinin silahlanmasına imkan verməyi təklif edib. Parsyanın fikrincə, bu, vətəndaşlara təhlükəsizliklərinə əlavə inam verəcəkdir.
“Evdəki hər kişinin silahı olması üçün sərhəd kəndlərimizin sakinlərini necə silahlandıracağımızı düşünək”- deyə o qeyd edib.
O əlavə edib ki, bu zəruri təhlükəsizlik tədbiridir, çünki Syunikin bir sıra kəndlərinin Azərbaycanın nəzarətindəki ərazilərlə sərhədi var.