ArtsaxBaşlıcaSiyasət

Lavrov və Çavuşoğlu Soçidə Qarabağla bağlı məsələləri müzakirə edəcəklər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, Rusiya və Türkiyə XİN başçıları Soçidə üçtərəfli bəyanatın həyata keçirilməsinə dair məsələləri müzakirə edəcəklər.

O bildirdi ki, Sergey Lavrov və Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Soçidə keçiriləcək iclasında görüşəcəklər. 

“Görüşdə noyabrın 9-da Azərbaycan və Ermənistan lidelərinin imzalandığı Dağlıq Qarabağla bağlı birgə bəyanatının həyata keçirilməsi və eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işi diqqət mərkəzində olacaq”,- deyə Zaxarova qeyd etdi. 

Daha çox göstər
Back to top button