
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Qarabağla bağlı üçtərəfli bəyanat ümumdünya kontekstində ən vacib hadisələrdən biridir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.
“Bu bəyanatın həyata keçirilməsi üçün qlobal, kompleks işlər gözlənilir. Möcüzə ilə reallıq arasında çox vacib seqment var. Bu, əməkdir. Məhz əmək, səbr, məsuliyyət, mehribanlıq və sevgi möcüzənin sona qədər həyata keçiriləcəyinin qarantıdır. Birbaşa olaraq yerdə çox şeylər etmək lazımdır, hansı ki, bizim sülhməramlılar məşğul olurlar, siyasi trekdə, diplomatlarımız və beynəlxalq təşkilatlar bununla məşğul olur”,- deyə Mariya Zaxarova qeyd etdi.
XİN nümayəndəsi münaqişə tərəflərinə sülh arzulayıb.
“Nə vaxt ki, sülh var, çox şeyə nail olmaq olur”,- Zaxarova deyib.