
Azərbaycan və Türkiyənin hərəkətlərinin məntiqi, Artsaxın işğal olunmuş ərazilərində münaqişənin yenidən başlama riskinin hələ də yüksək olduğunu göstərir. Rusiya mövcud müqavilələrə görə, erməni tərəfi ilə yanaşı onların həm Artsaxda, həm də Ermənistanda atdığı addımlara cavab verməlidir.
Artsax məsələsində bu, sülhməramlı missiyasından, Ermənistan məsələsində isə 1999-cu ildə imzalanan müqavilənin müddəalarından qaynaqlanır.
Bu gün Ermənistanın strateji müttəfiqi Zaqafqaziyada vəziyyətin kəskinləşmə riskini yüksək qiymətləndirir. Bunu Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Müdafiə Nazirliyinin kollegiya iclası zamanı da deyib.