
Artsax Müdafiə Ordusundan bildirilir ki, dünən MO heç bir döyüş əməliyyatda iştirak etmədi və atəşkəs rejiminə əməl etdi:
“Azərbaycan tərəfi dezinformasiya yaymağa davam edir. Azərbaycan Müdafiə Nazirliyi az əvvəl məlumat yayıb, guya dünən “erməni silahlı qrupu” Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə hücum etdi. Saatlar öncə bildirdiyimiz kimi, yenə təsdiq edirik ki, dünən bütün gün ərzində və indiyədək Artsax Respublikası Müdafiə Ordusunun heç bir bölməsi və heç bir hərbçisi hər hansı bir əməliyyatda iştirak etmədi, heç bir fövqəladə hall qeydə alınmadı və erməni tərəfindən bir güllə belə atılmadı.
Bu halda Azərbaycan MN-i tərəfindən yayımlanmış məlumat təbliğat xaraktərli təxribatdan başqa bir şey deyil.
Artsax Müdafiə Ordusu atəşkəs rejiminə ciddi əməl etməyə davam edir”,-məlumatda deyilir.