Başlıcaİctimaiyyət

Ermənistanda koronavirus infeksiyasına 114 yoluxma halı qeydə alınıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 114 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 7 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2775 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 157 948 nəfər təşkil edir.

Daha çox göstər
Back to top button