
Kapan Şəhər İcra Hakimiyyət başçısı Gevorg Parsyan Ermənistan-Azərbaycan sərhədində mövqe dəyişikliyini istisna etməyib.
“Bəli, mövqe dəyişikliyini istisna etmirəm. Buna görə də hazırda sərhədlərdə ciddi bir iş görünmür”,- deyə Parsyan qeyd etdi.
O, həmçinin demarkasiya işləri aparılmadığını da deyib.
“Dünən Azərbaycandan bir qrup Müdafiə Nazirliyimizin nümayəndələri ilə danışıqlar aparmaq üçün sərhədlərimizə yaxınlaşdı. Bizim tərəfdən bir general göndərdik ki, sərhədlərimizin müdafiəsini kordinasiya etsin”,- deyə o bildirdi.
Onun sözlərinə görə, azərbaycanlılar hər iki tərəfdən mövqelərini 100-200 metr geri çəkməyi təklif etdilər ki, hərbçilər arasında qarşıdurmalar yaranmasın.
Buna cavab olaraq, ER Müdafiə Nazirliyi sistemli bir yanaşma təklif etdi.