BaşlıcaSiyasət

Paşinyan: Biz Naxicevandan Rusiyaya gedəcəksək, Azərbaycan bizim ərazimizdən Naxicevana getməməlidir?

“Hamımızın diqqətini incəliklərə yönəltmək istəyirəm ki, bəyanatda Sünik, Meğri və ya dəhliz sözü yoxdur. Nəqliyyat marşrutlarının blokdan çıxarılması ilə bağlı bir iddia var”. Bunu ER Baş naziri Nikol Paşinyan  Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində Azərbaycan-Naxicevan dəhlizi barədə suala cəvab olaraq bildirib.

Bizim üçün qırmızı xətlərin olub olmamasına dair suala Paşinyan cavab verib ki, bizim üçün qırmızı xətimiz ərazi bütövlüyümüzdür:

“Ancaq başqa bir şey demək istəyirəm, dünən, məsələn, Yuxarı Lars bütün növ yük maşınları üçün tamamilə qapalı idi və bu tanış bir haldır. Məsələ üçün, əgər Naxicevan üzərindən dəmir yolu ilə Rusiya və İrana mal daşıya biləcəyimiz ortaya çıxsa, bu bizim üçün yaxşı xəbərmi olar, yoxsa pis? Əgər biz Naxicevandan İrana gedəcəksək, necə düşünürsüz, deyəcəyik ki, “Naxicevan ərazisindən Rusiyaya getməliyik, amma Azərbaycan bizim ərazimizdən Naxicevana getməməlidir”? Bu mümkünmü”?

Paşinyanın sözlərinə görə, yollar məsələsi hələ də davam edəcək çətin danışıqlar prosesinin predmetidir, amma özü əmindir ki, bunlar gələcəkdə həll olunacaqdır.

Daha çox göstər
Back to top button