
Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində təmsil olunacaq Türkiyə hərbçiləri Azərbaycana getdi.
NTV xəbər verir ki, Türkiyə hərbçiləri yanvarın əvvəlində xidmətə başlayacaqlar.
Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gedib.
Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. 25-ə yaxın hərbi qulluqçudan ibarət ilk heyət artıq Azərbaycandadır. Qarşıdakı həftələrdə digər heyətin də səfəri gözlənilir.