
Rus sülhməramlıları bir gündə Ermənistandan Dağlıq Qarabağa 842 erməninin təhlükəsiz qayıtmasını təmin etdilər. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.
14 noyabrdan bu yana 45 923 nəfər Dağlıq Qarabağdakı əvvəlki yaşayış yerlərinə qayıtdı.
RF Müdafiə Nazirliyinin məlumatına əsasən, atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur.
Rus sülhnəramlılar Dağlıq Qarabağda əraziləri minalardan təmizlənmə işləri davam edirlər. Ümumiyyətlə, noyabrın 23-dən bəri 320 hektar ərazi, 122,7 km yol, partlamamış hərbi sursatdan təmizlənmişdir.
Rusiya hərbi həkimləri, 125-i uşaq olmaqla 972 Dağlıq Qarabağ sakininə tibbi yardım göstərdilər.