
Dörd əsirdən başqa Azərbaycan tərəfi bir ölü vətəndaşın cəsədini də Ermənistana təhvil verdi. Bunu ER İstintaq Komitəsinin tapşırıqları, təşkilati-analitik və kriminoloji şöbəsinin rəisi Rafayel Vardanyan Sputnik Armeniaya ilə söhbətdə deyib.
O, ölənin hərbçi və ya mülki olduğunu dəqiqləşdirməyib. Vardanyan qeyd edib ki, əsirlərin qaytarılmasını Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov təşkil edib.
“Vətənə qaytarılan əsirlər həm hərbi, həm də mülki şəxslər daxil olmaqla kişilərdir. Bundan əlavə, bir ölünün cəsədi də təhvil verilib”,-Vardanyan deyib.