BaşlıcaMədəniyyət

Azərbaycan öz ərazilərindəki abidələrə beynəlxalq komissiyanın nəzarət etməsini qadağan edir

Azərbaycanın Artsaxa qarşı başlatdığı döyüş əməliyyatları nəticəsində ermənilər üçün əhəmiyyət daşıyan bir çox erməni mədni və dini abidələr Azərbaycanın nəzarətinə keçdi. Onları qorumaq üçün ER Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, lakin hələ də nəzərəçarpacaq uğur əldə etməyib. UNESCO ərazilərə beynəlxalq müşahidəçilərdən ibarət komissiya göndərməyə çalışsa da, Azərbaycan imtina etdi.

ER TEMİ nazirinin müavini Narine Xaçaturyan “Armenpress” müxbiri ilə söhbətində bildirib ki, abidələrin qorunması üçün ER XİN ilə əməkdaşlıq edirlər. “Xaricdə və Ermənistanda yaşayan erməni mütəxəssislərlə birlikdə qrup yaratmışıq. Qrupa beynəlxalq platformalarda lobbiçilik işləriylə məşğul edən ermənilər daxildir, amma müraciət etdiyimiz əsas struktur UNESCO-dur. Dekabr ayında UNESCO-nun Artsaxın nəzarəti altında olmayan ərazilərə beynəlxalq müşahidəçilərdən ibarət komissiya göndərəcəyi planlaşdırılırdı. Komissiya bir neçə erməni abidəsi əraszisində monitorinq aparmalı idi. Nümayəndələr Rusiya, ABŞ, Fransa və İtaliyadan idilər, lakin Azərbaycan öz nəzarəti altındakı ərazilərə girmələrini qadağan etdi”- deyə Xaçaturyan vurğuladı.

Onun sözlərinə görə, Azərbaycan bunu niyə etdiyini izah etmir.

“Komissiyanın üzvləri mütəxəssislərdir. Abidəni görməyə gəlirlər, sonra gedəcəklər, bir müddət sonra yenidən gəlib bu və ya digər abidənin ziyan görüb-görmədiyini görəcəklər. Onlar siyasi komitə deyil, peşə qruplarıdır, Azərbaycana və ya digər dinlərə aid abidələrini görmək və monitorinq aparmaq üçün Artsaxa gələ bilərlər”- deyə Narine Xaçaturyan qeyd edib.

Daha çox göstər
Back to top button