
Niyabrın 9-da imzalanmış bəyanatına əsasən, Ermənsitan və Bakı araaında növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi baş tutub.
Rusiya Mudafiə Nazirliyi zəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov deyib.
“Bu gün növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi oldu. Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan iki azərbaycanlını Bakıya təslim etdi. 4 erməni hərbi əsiri isə Yerevana qaytarıldı”, – deyə Muradov bildirib.
O vurğuladı ki, rus sülhməramlıları bundan sonra üçtərəfli razılaşmanın həyata keçirilməsinə töhfə verəcəklər.