BaşlıcaSiyasət

Rusiya oktyabr-noyabr aylarında xarici muzdluların Qarabağ münaqişə zonasına köçürülməsindən ciddi narahatdır

Dağlıq Qarabağ münaqişə zonasında xarici muzdluların yerləşdirilməsin Rusiya Federasiyası narahat doğurur.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

“Noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı imzaladığı bəyanatının icrası ilə bağlı mövcud məsələlərin üzərində hazırlanması planlaşdırılır. Potensial münaqişələr riskini azaltmağa və tərəflərə humanitar yardım göstərməyə diqqət yetiriləcəkdir. Rusiya tərəfi oktyabr-noyabr aylarında xarici muzdluların Dağlıq Qarabağ münaqişəsi zonasına köçürülməsindən ciddi narahatlığını bildirir”,- deyə bəyanatda qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Rusiya və Türkiyə tərəfləri arasında keçiriləcək müzakirələrdə Rusiya-Türkiyə ortaq atəşkəs mərkəzinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə ediləcək.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Sergey Lavrovla Azərbayacn sərhədlərinin təhlükəsizliyi müzakirə etmək niyyətindədir.

“Biz Rusiya ilə bir çox sahədə əməkdaşlıq edirik, bəzi məsələlərdə mövqelərimiz fərqlidir. Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”,- deyə Türkiyə xarici işlər naziri qeyd etdi.

Daha çox göstər
Back to top button