BaşlıcaSiyasətTəhlil

Yeni il – köhnə problemlər

“Hayastani Hanrapetutyun” gündəliyi yeni ilin köhnə çağırışları və problemlərinə toxunub: “2020-ci il, həm Ermənistan, həm də bütün dünya üçün ən pis illərdən biri olaraq tarixdə qalacaq. İl koronavirus epidemiyası ilə başladı, nəticədə çətin sağlamlıq və iqtisadi vəziyyət yarandı və İkinci Artsax müharibəsindəki uğursuzluğumuzla başa çatdı.

Azərbaycanın və əslində Türkiyənin planları Artsax ərazilərinin işğalı ilə məhdudlaşmır. Bunu Azərbaycan İnsan Haqları və Demokratiya İnstitutunun rəhbəri Əhməd Şahidovun “Twitter”dəki yazı sübut edir. O, Ermənistanla yeni müharibənin qaçılmazlığı barədə yazıb: “Bu dəfə müharibə Ermənistan ərazisində baş verəcək … Azərbaycan yalnız Ermənistan ərazisində yerləşə bilən 20-30 kilometrlik təhlükəsizlik zonası yaratmağa borcludur”.

Bunun Türkiyə-Azərbaycan müttəfiqlik proqramının növbəti mərhələsinin istiqamətini anlamaq üçün yetərli olduğunu düşünürük. Bütün bunlardan nəticə çıxarmayaraq fəaliyyət planımız yoxdursa, erməni dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyacağıq. Yuxarıda göstərilən yazı, Türkiyə-Azərbaycan müttəfiqliyinin Ermənistan Respublikasının indiki ərazisinə qarşı dəfələrlə səsləndirdiyi təhdidlərdən yalnız biridir. Düşmən Ermənistandan yeni torpaqlar ələ keçirmək və təhlükəsizliyimizi təhdid edən qəbuledilməz güzəştlər almaq planından geri çəkilməyib.

İl bir neçə günə başa çatır, amma çağırışlar və çətinliklər yox. Gələn il addımlarımız Türkiyə-Azərbaycan ‘iştahını’ cilovlayacaq təhlükəsizlik sistemi yaratmağa yönəldilməlidir”.

Daha çox göstər
Back to top button