ArtsaxBaşlıcaSiyasət

Askeran və Hadrutu qaytaracağıq: Vitali Balasanyan

Bakının “Qarabağ Azərbaycandır” bəyanatı həqiqətə heç də uyğun gəlmir. 

Bu barədə Artsaxın İctimai Televiziyasına müsahibəsində Artsaxın Təhlükəsizlk Şuraaının katibi Vitali Balasanyan bildirdi. 

Müharibədən əvvəl müttəfiqimiz Rusiya ilə İran da daxil olmaqla çevik siyasət yürütməliydik. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, lakin bunlar müvəqqətidir. 

İnsanlara bildirmək istəyirəm ki, sərhədlərin dəqiqləşdirilməsi və statusumuzun müyayənləşdirilməsi olacaq. Ermənistan və Rusiya ilə işlədikdən sonra Askeran rayonunun bir hissəsi və Hadrut rayonu qaytaracağıq.

1991-93-cü illərdə vəziyyət daha pis idi. Sərhəd qoşunları, daimi qoşunlar yaradacağıq, hər şey Müdafiə Ordumuzun tabeliyində olacaq, Ordu Təhlükəsizlik Şurasına tabe olacaq.

Biz terrora qarşı əməliyyatı da həyata keçirəcəyik,  terrorçular hələ buralardan getməyiblər. Azərbaycanlılar ərazilərimizdə dolaşdığı, mağazalara giridiyinə dair məlumatlar yalandır”,- deyə Vitali Balasanyan qeyd etdi. 

Vitali Balasanyan onu da qeyd etdi ki, əsirlər və itkin düşənlər məsələləri ilə məşğul olacaq. O qeyd etdi ki, Azərbaycan normalara riayət etmir. 

“Biz heç nədən qorxmuruq. Əlbəttə ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ruhdan düşməmizi, torpaqlarımızdan getməsi üçün zaman-zaman hərbi ruhlu bəyanatlar verəcək, amma zamanlar dəyişdi. Azərbaycanın qısa müddətdə hansı vəziyyətə düşəcəyini görəcəyik. 

Buralarda minilliklər boyu ermənilər yaşayıblar və min illər boyu yaşayacaqlar”,- deyə Vitali Balasanyan qeyd etdi. 

Daha çox göstər
Back to top button