BaşlıcaSiyasət

ER Müdafiə Naziri Rusiyanın Ermənsitandakı hərbi bazasını ziyarət etdi

Ermənistan Respublikasının Müdafiə naziri Vagarşak Harutyunyan Gumridəki 102-ci Rusiya hərbi bazasını ziyarət etdi. 

Cənubi Hərbi Dairənin mətbuat xidmətindən “Sputnik Armeniya”ya bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya hərbi bazasının silah təchizatı, hərbi texnika nümunələri ilə tanış olub və şəxsi heyəti hərbi hissənin yaranma günü və Yeni il münasibətilə təbrik etdi.

“Nümayəndə heyətinin üzvləri, hərbi bazanın ərazisində yerləşən hərbi-tarixi muzeyi və kilsəsini də ziyarət etdilər”,- deyə bildirilib.

Daha çox göstər
Back to top button