Başlıcaİctimaiyyət

Ermənistanda koronavirus infeksiyasına 582 yoluxma halı qeydə alınıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 582 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 1 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 807 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 158 878, xəstəlikdən sağalanların sayı isə 141 844 nəfərə yüksəlib.

Daha çox göstər
Back to top button