BaşlıcaSiyasət

Rusiya Baş naziri Nikol Paşinyana Yeni il münasibətilə təbrik ünvanlayıb

Rusiya Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyana Yeni il münasibətilə təbrik ünvanlayıb.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Mişustin Rusiya-Ermənistan münasibətlərinin 2020-ci ildə də dinamik şəkildə inkişaf etdiyini bildirib, böyük müştərək layihələrinin icra edildiyini, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı inteqrasiyanın gücləndiyini yazıb.

“ Əminəm ki, Ermənistanla Rusiya arasında  əməkdaşlıq 2021-ci ildə də möhkəmləndiriləcək. Münaqişədən sonra Dağlıq Qarabağın yenidən qurulmasında səmərəli əməkdaşlığın təmin olunmasını vacib hesab edirəm”, – deyə Mişustin yazdı. 

Daha çox göstər
Back to top button