
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Post-sovet araşdırmaları mərkəzinin baş elmi işçisi Stanislav Pritçin, Rusiya Xarici İşlər Şurasının təşkil etdiyi dəyirmi masada qeyd edib ki, DQ münaqişəsinin nizamlanması prosesində ən çətin məsələ Qarabağın statusu olacaq.
“Atəşkəs bəyanatında Qarabağın statusu barədə heç bir şey deyilmir. Və mənə elə gəlir ki, bu problemli məsələdir, çünki Azərbaycan baxımından (vəziyyət) belə qurulur: bəyanatda statusun heç bir şəkildə qeyd olunmaması avtomatik olaraq Azərbaycanın Qarabağa nəzarətini göstərir. Əlbəttə ki, Ermənistan bunu bir az fərqli şərh edir, Rusiya sülhməramlılarının olması Dağlıq Qarabağın Azərbaycandan muxtariyyətinin təmin edilməsi kimi qəbul olunur. Bu, bəlkə də gələcəkdəki ən çətin məsələdir”- deyə Pritç qeyd edir.
Ekspertin fikrincə, Qarabağın statusu ilə bağlı mübahisəli məqam Rusiya sülhməramlılarının olması səbəbindən bir az zərərsizləşdirilib.
Pritç hesab edir ki, bu cür şəraitdə bölgədə iqtisadi həyatın tənzimlənməsi, sərhədlərin açılması üçün imkanlar yaranır, çünki 30 il həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan sərhədləri bağlı idi.
“Tərəflər dialoqa başlamaq üçün praqmatik yanaşma göstərsələr, bu, Qafqazda gələcək sülhə doğru çox ciddi addım olacaq”- deyə ekspert yekunlaşdırıb.